İran İraqdakı ABŞ hədəflərinə hücum etdi

İran İraqdakı ABŞ hədəflərinə hücum etdi
09:57

İran ordusu İraqın Ərbil şəhəri yaxınlığındakı ABŞ-nin hərbi bazasına PUA və raketlərdən istifadə etməklə hücuma keçib. Bağdad hava limanı yaxınlığındakı ABŞ-nin diplomatik obyekti də hücuma məruz qalıb.


News365.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.


Məlumata görə, diplomatik obyektə edilən hücum "C-RAM" hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.


ABŞ hərbi bazasına endirilən zərbələrin nəticələri barədə hələlik açıqlama verilməyib.


Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.


İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.


Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.


İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.



Sizin reklam burada
Sizin reklam burada