Britaniyada təhlükəli virus yayılıb

Britaniyada təhlükəli virus yayılıb
16:30

2026-cı ildə Böyük Britaniyada ev heyvanları, o cümlədən iribuynuzlu mal-qara üçün təhlükəli olan, qızdırma və şişkinliyə səbəb olmaqla yanaşı, selikli qişaları zədələyən virus infeksiyası – göy dil xəstəliyinin (blutong) yayılması qeydə alınıb.

News365.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

“Britaniyalı fermerlər göy dil xəstəliyinin tarixdəki ən ağır mövsümünü yaşayırlar”, – məlumatda deyilir.

Qeyd olunur ki, 2026-cı ilin iyul ayının əvvəlindən etibarən göy dil xəstəliyinə 2 mindən çox yoluxma halı qeydə alınıb. Onların yarıdan çoxu sentyabr ayında aşkarlanıb.

Bildirilir ki, əsasən Afrikada yayılan virus ilk dəfə 2023-cü ildə Böyük Britaniyada aşkarlanıb. Nəşrin məlumatına görə, xəstəliyin yayılması iqlim dəyişikliyi və göy dil virusunu mal-qaraya keçirən ağcaqanadların çoxalması ilə əlaqələndirilir. Bu xəstəlik insanlar üçün təhlükə yaratmır.


Sizin reklam burada
Sizin reklam burada