Böyük Qayıdışa dair II Dövlət Proqramı Prezidentə təqdim olunub - Əli Əsədov

Böyük Qayıdışa dair II Dövlət Proqramı Prezidentə təqdim olunub - Əli Əsədov
11:57

Baş nazir Böyük Qayıdışa dair II Dövlət Proqramı haqqında danışıb. 

News365.az xəbər verir ki, o, parlamentdə Nazirlər Kabinetinin hesabatını təqdim edərkən deyib ki, 30 may 2025-ci il tarixində ölkə Prezidenti tərəfindən imzalanmış Sərəncamdakı tapşırığa əsasən, yeni çağırışları və hədəfləri əhatə edəcək “2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının” layihəsi hazırlanıb, İqtisadi Şurada müzakirə olunub. Hər iki sənədin layihəsi Hökumət tərəfindən artıq Prezidentə təqdim olunub.  

“Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası hazırda uğurla davam edir. 
2025-ci ilin yekunları üzrə göstəricilər bir daha sübut edir ki, Prezident İlham Əliyevin formalaşdırdığı iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun inkişafına, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına əsaslanır. Mövcud iqtisadi artım bazası isə məhsuldarlıq, xidmətlərin ixracı və texnologiya əsaslı dərinləşmə üçün əlverişli şərait yaradır”  - qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada