Ukrayna BMT sülhməramlılarının mövcudluğunu tərəfdaşların hərbi kontingentinə və ya təhlükəsizlik zəmanətinə alternativ hesab etmir.
News365.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Biz BMT-ni kontingent və ya təhlükəsizlik zəmanətlərinə alternativ kimi görmürük. O, təhlükəsizlik zəmanətlərinə alternativ ola bilməz, çünki BMT-nin Ukraynanı qorumaq üçün heç bir mandatı olmayacaq", - Zelenski bildirib.