ABŞ-ın “Firefly Aerospace” şirkətinin “Blue Ghost” kosmik aparatı Aya eniş edib.
Bu barədə NASA məlumat yayıb.
Kosmik aparat yerli vaxtla 03.34-də uğurla Aya eniş edib. Aparatın göyərtəsində 10 tədqiqat qurğusu var. NASA ilə razılaşmaya əsasən, “Blue Ghost” kosmik aparatı Ayda tədqiqat aparacaq.
Missiya 14 gün davam edəcək.