Biz bimirik ki,nəyi bilmirik. Biz nəyi bilmədiyimizi bilsəydik, demək bilmədiyimiz barədə mücərrəd olsa da biliyimiz, təsəvvürümüz olardı. Məsələn, biz bilmirik ki,efir nədir. Biz bilirik ki, bildiyimiz bilmədiyimizlə müqayisədə cüzidir.Bizim bilmədiyimizi bilmək istəyimiz sonsuzdur. Çünki bildiklərimiz kifayət etmir. Bildiklərimizlə kifayətlənmək istəyimiz keçiidir. Bilmədiklərimizi bilmək həcmi idrak qabiliyyətimizdən, qavramadan asılıdır, lakin məhdud miqyası vardır, sonsuz istəkdir, lakin sonsuz deyildir. Beyin tutumumuz o zaman genişlənir ki, bioloji inkişafı olsun, əks halda beyinin yaddaş bankında unudulma olmalıdır ki,yerini yeni informasiya tuta bilsin.
İnsanlardan fərqli olaraq, heyvanlarda dərketmə(tropizm, instikt, şüur) mübahisəlidir. Məsələn, canavar qoyunu parçalayıb yeyəndə vəhşi, insan kəsib yeyəndə mədəni sayılır. Yəni heyvanlarda ibtidai şüur(quşların yuva qurması,arıların şanı yaratması və s.) olması bilərəkdən(özümüzün vəhşi olmadığımızı sübut etmək üçün) rədd olunur.
Tahir Kərimli.AVP-nin sədri