Paytaxtın Yasamal rayonunda binalardan birinin blokunda narkotik qəbul edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədə news365.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Tədbirlərlə 40 yaşlı Elşən Eldar oğlu Məmmədov saxlanılaraq məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, bundan əvvəl Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə video yayılmışdı.