Dilanla Engin barışdı - VİDEO

Dilanla Engin barışdı - VİDEO
11:29

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur bloqer Dilan Polat bir müddət əvvəl etdiyi paylaşımda həyat yoldaşı Engin Polat tərəfindən xəyanətə məruz qaldığını iddia etmiş və boşanmaq qərarı aldığını açıqlamışdı.

News365.az xəbər verir ki, sosial mediada yayılan yeni görüntülər isə cütlüyün münasibətlərində fərqli bir mərhələyə keçdiyini göstərib. Kadrlarda Dilan və Engin Polatın yenidən bir araya gəldiyi və barışdığı anlar əks olunub.

Görüntülərdə Dilan Polatın həyat yoldaşına qarşı hisslərini gizlədə bilmədiyi, uzun illərdir onu sevdiyini vurğuladığı diqqət çəkib. Cütlüyün səmimi və emosional anları izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri bu barışığa müxtəlif reaksiyalar verib. Bəziləri onların münasibətlərinə ikinci şans verilməsini dəstəkləsə də, digərləri əvvəlki açıqlamaları nəzərə alaraq bu addımı tənqid edib./Milli.Az


Sizin reklam burada
Sizin reklam burada