Biləsuvarda qəza zamanı ölən və yaralıların kimliyi məlum olub

Biləsuvarda qəza zamanı ölən və yaralıların kimliyi məlum olub
20:37

Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzası nəticəsində ölən və yaralan şəxslərin kimliyi bilinib.

News365.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, xəsarət alanlar Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğludur.

Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, yolun Bakı istiqamətində hərəkətdə olan "Niva" markalı avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan "Mercedes" markalı avtomobillə toqquşub. Sonra zərbənin təsirindən idarəetmədən çıxan "Niva" və "Mercedes" markalı avtomobillər daha iki maşın ilə toqquşub.


Sizin reklam burada
Sizin reklam burada