Biləsuvarda polis 6 kq-a yaxın narkotik aşkarladı

Biləsuvarda polis 6 kq-a yaxın narkotik aşkarladı
09:21

Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.


DİN-in Mətbuat xidmətindən News365.az-a verilən xəbərə görə, tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.


Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.


Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada