Beyləqanda ot tayasından yıxılan kişi xəstəxanada ölüb

Beyləqanda ot tayasından yıxılan kişi xəstəxanada ölüb
23 Avq 2025 23:00

Gəncədə 64 yaşlı kişi xəstəxanada ölüb.

News365.az xğnər verir ki, ölən şəxs Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü H.Hüseynovdur.

Qeyd olunur ki, bir neçə gün əvvəl H.Hüseynov Beyləqan rayonunun İkinci Aşıqlı kəndində öz həyətində ot tayasından yıxılıb.

Əvvəlcə o, Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan isə Gəncədəki xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada