Bəstəkarın oğlundan etiraz: “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”

Bəstəkarın oğlundan etiraz: “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
11:48

Müğənni Kəmalə Günəşli görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin bəstəkarı olduğu “Eşqimə şahid zaman” adlı mahnını ifa edib.

News365.az xəbər verir ki, bəstəkarın oğlu Elçin Kazımi müğənni varis kimi onlardan icazə almadığını bildirib.

“Adıçəkilən müğənni varis olaraq nə məndən, nə də anamdan icazə alıb. Bizim xəbərimiz yox idi, siz deyəndən sonra gördük ki, mahnı ifa olunub. Sözün düzünü bilmək istəyirsinizsə mahnını orijinal variantda oxuyub, ifasında pis deyil. Burada söhbət xanımın mahnını yaxşı yaxud da pis oxumasından getmir. Burada əsas nüans mahnını kimin oxumasıdır... Mən ağzıma gələni oxuyum, götürüm sonra bu əsəri də oxuyum?! Bu hansı məntiqə sığır?! Toy müğənnisinin birdən-birə götürüb görkəmli bəstəkarın ən sevimli əsərini, mahnısını oxumaq bilirsiniz nə deməkdir?! Başqa mahnılarını oxusaydı bəlkə də anlaşılan idi. O nəinki icazə, hətta dəfələrlə icazə almalı idi. Ən azından bizdən olmasa da mahnının ilk ifaçısı Flora xanım Kərimovadan icazə almalı idi. O vaxt kimsə atamın mahnısını oxuyanda dəfələrlə zəng edib icazə alırdı. O da belə mövzularda məsuliyyətli idi. Efir qadağası olan müğənninin bu əsəri oxuması böyük cürətdir. Bir də onu demək istəyirəm ki, əgər kimsə atamın mahnısını götürüb oxuyursa o şəxsin cəmiyyətdə nüfuz və hörmət sahibi olması mütləqdir. Əlbəttə ki, müğənninin şəxsiyyəti, kim olması mütləq haldır. Siz görün atamın əsərlərini kimlər oxuyub?! Yalçın Rzazadə, Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova, Oqtay Ağayev və s. sənətkarlar. Atam mahnılarını oxuyacaq müğənniləri özü seçirdi.. “Eşqimə şahid zaman” mahnısının ən bariz nümunəsi 4 oktavalı səs sahibi Flora Kərimovanın ifasında olandır. Ondan sonra Mətanət İsgəndərli də, Nadir Qafarzadə də ifa ediblər. Onlarda da pis alınmayıb, rəng qatıblar” deyə görkəmli bəstəkarın oğlu bildirib.

Elçin Kazımi atasının sağlığında mahnılarını icazəsiz oxuyan müğənnilərə qarşı söylədiyi fikirləri də bizimlə bölüşdü:

“Mənim atam deyirdi ki, “mahnılarımı yazmışam ki, Azərbaycan xalqı götürüb oxusun”. Sadəcə olaraq elə bir adam oxumalıdır ki, o özü də cəmiyyətdə hörmət və nüfuz sahibi olsun. Atama deyirdilər ki, filankəs sənin mahnını oxuyub pis günə qoyub. O da deyirdi ki, “pis oxuyub nə edəcək ki?!”. O pis oxuyacaq, bu pis oxuyacaq, hansı yaxşı oxuyacaqsa tarixdə də o qalacaq. Deyirdi ki, “gör Nizaminin vaxtında nə qədər şair olub, kim tarixdə qalıb? Əlbəttə ki, Nizami” deyə bəstəkarın oğlu bildirib.///

Moderator.az


Sizin reklam burada
Sizin reklam burada