Bərdədə traktorun qoşqusundan yıxılaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.
News365.az xəbər verir ki, Bərdə rayon Yeni Daşkənd kənd sakini 2000-ci il təvəllüdlü Əlizadə Kənan Asif oğlu ot gətirməyə gedərkən traktorun qoşqusundan yıxılıb.
O, baş nahiyəsindən ağır xəsarətlə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq 25 yaşlı gənc altı gün sonra xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.