Mövsümü olmasa belə bəzi meyvə və tərəvəzləri bütün fəsillərdə əldə etmək mümkündür. Lakin mütəxəssislər meyvə və tərəvəzləri öz mövsümündə yeməyi tövsiyə edirlər. Yaz aylarında da ən çox yeyilən meyvə çiyələk və alçadır. Azərbaycanda artıq fevral ayından alça və çiyələk satılır. Bunlar həm baha satılır, həm də süni şəkildə yetişdirilir. Hazırda isə bazarlarda ən çox təklif olunan mövsümə uyğun olan meyvə bu ikilidir.
Mövsümü olsa da hər bir meyvənin orqanizmə xeyir və zərərləri var.
News365.az çiyələk və alçanın sağlamlığa faydaları və zərərlərini təqdim edir. Çiyələk antioksidant mənbəyidir, C vitamini, antosiyanin və flavonoidlər sayəsində immun sistemini gücləndirir. Həmçinin, xolesterolu azaldaraq ürək-damar xəstəliklərinin riskini azaldır. Uşaqların sevimli meyvəsi olan çiyələk dəri üçün də faydalıdır. O, kollagen istehsalını artırır, dərini canlandırır. Həzm sisteminə kömək edir, tərkibindəki lif sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Çiyələk qanda şəkəri tənzimləyir, belə ki, aşağı qlisemik indeksi var, şəkər xəstələri üçün nisbətən uyğundur.
Zərələrinə gəldikdə isə daha çox allergic təsiri ilə seçilir. Bəzi insanlarda qaşınma, səpkilər və nəfəs darlığı kimi allergik reaksiyalar verə bilər. Market çiyələkləri çox vaxt kimyəvi maddələrlə becərilir. Ona görə də yaxşıca yuyulmalıdır. Mədə turşuluğunu artıra bilər, həssas mədəsi olanlarda narahatlıq yarada bilər.
Alçaya gəldikdə isə qan təzyiqini tənzimləyir, kaliumla zəngindir, təzyiqi aşağı sala bilər. Alça da C vitamini mənbəyidir, immuniteti gücləndirir, infeksiyalara qarşı qoruyur. Həmçinin, həzmə kömək edir, turşuluğu sayəsində iştahanı artırır və bağırsaqları hərəkətə gətirir. Antioksidant təsiri var, hüceyrələri zədələnmədən qoruyur.
Alça mədə turşuluğunu artırdığı üçün, xüsusilə acqarına yeyildikdə yanma, ağrı yarada bilər. Turşuluq səbəbindən diş minasına zərər verə bilər. Çox miqdarda qəbul ishala səbəb ola bilər.