Ərdoğan Azərbaycan diaspor təşkilatının rəhbərinə VƏZİFƏ VERDİ

Ərdoğan Azərbaycan diaspor təşkilatının rəhbərinə VƏZİFƏ VERDİ
15:48

Türkiyə Azərbaycan Dərnəyinin sədri Ekrem Gürel İğdır Universitetinin rektoru təyin edilib.

News365.az xəbər verir ki, müvafiq sərəncam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Iğdır şəhərindən olan professor Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin dekanı idi.

Gürel 16 iyun 1969-cu ildə anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib.

1992-1995-ci illərdə “Türkiyə Şəkər Fabrikaları A.Ş.”-nin Şəkər İnstitututunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub. 2023-cü ildən adı çəkilən fakültənin dekanı idi.

İngilis və fransız dillərini bilən Gürel evlidir, bir oğlu var.


Sizin reklam burada
Sizin reklam burada