Ermənistandakı Rusiya hərbi bazası BAĞLANA BİLƏR

Ermənistandakı Rusiya hərbi bazası BAĞLANA BİLƏR
15:55

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi baza bağlana bilər. 

News365.az-ın məlumatına görə, bunu Ermənistanın nüfuzlu "Hraparak" qəzeti yazıb. 

Nəşr bildirir ki, hərbi baza Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra fəaliyyətini dayandıra bilər. 

Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb.   

Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur. 

Nəşr yazır ki, bazanın bağlanmasının praktikada necə həyata keçiriləcəyi qaranlıqdır. 

"Lakin mövcud məlumatlara görə, saziş layihəsində belə bir müddəanın görünməsi faktının özü Rusiya hakimiyyətinin ciddi narazılığına səbəb olub. Mayın 9-da Moskvada baş nazir Paşinyanın soyuq qarşılanması, həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşün olmaması yəqin ki, bununla izah olunur. Moskvaya iki günlük səfəri zamanı Paşinyan nə Putinlə, nə də bayram tədbirlərində iştirak etmək üçün gələn digər ölkələrin liderləri ilə ikitərəfli danışıqlar aparmayıb", - məqalədə deyilir.


Sizin reklam burada
Sizin reklam burada