Çində koronavirusa yoluxma iki dəfə ARTDI

Çində koronavirusa yoluxma iki dəfə ARTDI
16:12

Çində koronavirusa yoluxma hallarının artımı qeydə alınıb

News365.az xəbər verir ki, Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi son bir ay ərzində COVID-19 virusuna yoluxma hallarının sayında nəzərəçarpacaq artım müşahidə edib. Bu barədə qurumun dərc etdiyi məlumatlardan görünür.

Mərkəz daha əvvəl 31 mart – 4 may tarixləri arasında respirator xəstəliklərlə bağlı statistikanı dərc edib. Açıqlanan məlumatlara görə, xəstəxanalarda qripə bənzər xəstəliklərdən əziyyət çəkən xəstələr arasında COVID-19 testlərinin pozitiv çıxma faizi 31 mart tarixindən başlayan yeddi günlük dövrdə 7,5% olduğu halda, 27 aprel tarixindən başlayan analoji dövrdə bu göstərici 16,2%-ə yüksəlib.


Sizin reklam burada
Sizin reklam burada