“Rusiya hazırda cəbhə xətti boyunca – xüsusilə aktiv döyüşlərin getdiyi bölgələrdə – əhəmiyyətli irəliləyiş əldə etmək gücündə deyil”,
O bildirib ki, 2022-ci ildən bəri döyüşlərin xronologiyası göstərir: Rusiya azacıq ərazi qazansa belə, bunun müqabilində minlərlə hərbçisini itirir.
“Məsələn, hər 20 kv.km ərazi üçün təxminən 50-60 min əsgər itkiləri qeydə alınır. Bu isə həm texniki, həm də psixoloji cəhətdən Rusiyanın üstünlüyünü zəiflədir. Üstəlik, Rusiya cəmiyyəti bu uzanan müharibədən ciddi şəkildə yorulub”, – deyə politoloq əlavə edib.
Alıoğlu qeyd edib ki, Ukrayna Qərb ölkələrindən siyasi və hərbi dəstək alsa da, bu dəstək çox zaman bəyanat səviyyəsində qalır:
“Avropa İttifaqı ölkələri, xüsusilə Fransa, Almaniya və Britaniya yardım vəd etsələr də, onların çoxu gerçəkləşmir. Nə qırıcılar, nə uzaqmənzilli raketlər, nə də müasir radioelektron sistemlər Ukraynaya verilməyib”.