Ərdoğandan Makrona sərt cavab

Ərdoğandan Makrona sərt cavab
13:50

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa lideri arasında baş verən salamlaşma anı sosial mediada geniş müzakirələrə səbəb olub.

News365.az xəbər verir ki, Makronun salamlaşma zamanı əlini Ərdoğanın əlinin üstünə qoyaraq psixoloji üstünlük əldə etməyə çalışdığı anlar kameralara yansıyıb.

Prezident Ərdoğan Fransa liderinin barmağını tutaraq bu hərəkətə dərhal reaksiya verib və nəzarəti əldən buraxmayıb.

Qısa müddət ərzində sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilər tərəfindən Ərdoğanın bu reaksiyası “diplomatik bədən dili ilə verilmiş güclü bir mesaj” kimi qiymətləndirilib.



Sizin reklam burada
Sizin reklam burada