18 yaşlı Elgün özünü beşmərtəbəli binadan atıb?- İDDİA

18 yaşlı Elgün özünü beşmərtəbəli binadan atıb?- İDDİA
11:59

18 yaşlı Elgün İbrahimovun ölümü ilə bağlı intihar versiyası irəli sürülüb

Bir neçə gündür sosial şəbəkələrdə 18 yaşlı Gəncə sakini Elgün İbrahimovun döyülərək öldürüldüyünə dair iddialar yayılır. 

News365.az-ın məlumatına görə, Elgünün özünü beşmərtəbəli binadan ataraq intihar etdiyi bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Prokurorluq orqanlarının birgə açıqlamasının yaxın vaxtlarda yayımlanacağı gözlənilir.

Qeyd olunur ki, mərhumun ailəsində müəyyən sosial və psixoloji problemlər olub. Eyni zamanda, Elgünün şəxsi həyatında çətinliklər yaşadığı və spirtli içkiyə meyilli olduğu da iddialar sırasındadır.

Hadisənin dəqiq səbəbləri və hüquqi qiyməti aidiyyəti qurumların rəsmi açıqlamasından sonra bəlli olacaq.


Sizin reklam burada
Sizin reklam burada