“Azərbaycan Avropada strateji rolunu bir daha nümayiş etdirdi”- Aytən Qurbanova

“Azərbaycan Avropada strateji rolunu bir daha nümayiş etdirdi”- Aytən Qurbanova
15:18

"Əlliyə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Avropa Siyasi Birliyinin Tiranada keçirilən 6-cı zirvə toplantısı Avropanın təhlükəsizliyi və sabitliyi üçün birgə hərəkət etməyin vacibliyini bir daha vurğuladı."

Politoloq Aytən Qurbanova bu sözləri News365.az-a açıqlamaslnda deyib. 

"Sammit çərçivəsində əsasən Ukraynadakı müharibə, iqtisadi əməkdaşlıq və miqrasiya kimi mövzular ətrafında müzakirələr aparıldı. Həmçinin Avropa və qeyri-Avropa ölkələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə konkret addımların atılması zərurəti qeyd olundu.

Bildiyimiz kimi Azərbaycan Prezidenti cənab İlham Əliyev də sammitdə iştirak etmişdir. Sammit çərçivəsində dövlət başçımız Türkiyə prezidenti cənab Ərdoğan, Albaniyanın baş naziri, Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşmüşdür. Eləcə də, Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Nəticə etibarilə, Azərbaycanın Tirana zirvə toplantısında keçirilən müzakirələrdə iştirakı ölkəmizin Avropadakı strateji rolunu və beynəlxalq əməkdaşlıqda fəal iştirakını nümayiş etdirən önəmli məqamdır."


Sizin reklam burada
Sizin reklam burada