Eyni jest 5 ay sonra Tiranada təkrarlandı

Eyni jest 5 ay sonra Tiranada təkrarlandı
14:45

Xəbər verdiyimiz kimi, dünən Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı bir sıra maraqlı anlarla yadda qalıb.

Bu anlardan biri də Albaniyanın Baş naziri Edi Ramanın italyan həmkarı Ciorcia Melonini qırmızı xalçada diz çökərək qarşılaması olub.   

News365.az-ın məlumatına görə, Edi Ramanın bu jesti dünya mediasının diqqətini çəkib.   

Xarici KİV bir neçə ay əvvəl Ramanın Meloni ilə bağlı oxşar jestini xatırladıb. 

Belə ki, Albaniyanın hökumət başçısı cari ilin yanvarın 14-16-da keçirilən Əbu-Dabidə beynəlxalq sammit zamanı da onun qarşısında diz çöküb və Meloninin doğum gününü şərf və mahnı ilə təbrik edib. Meloni yanvarın 15-də 48 yaşını qeyd edib.   

İki ölkə lideri arasında səmimi münasibətlər Albaniya və İtaliya arasında yaxın diplomatik əlaqələrin olduğuna işarə edilib.


 


Sizin reklam burada
Sizin reklam burada