Ukraynada davam edən müharibəni hərbi yolla bitirmək mümkün deyil.
News365.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, münaqişənin həlli üçün sülh danışıqları dərhal başlamalıdır.
“Əvvəlcə silahlar susmalı, diplomatiya danışmalıdır. Sülh danışıqları üçün yaranan fürsət əldən verilməməlidir. Bu müharibə silahla başa çatmaz,” – o qeyd edib.
Prezident vurğulayıb ki, Türkiyə sülhə nail olmaq üçün vasitəçilik rolunu davam etdirməyə hazırdır: “Danışıqların davam etməsi və tərəflər arasında dialoq kanallarının açıq qalması üçün bütün səylərimizi göstərəcəyik”.