Ronaldu "Əl-Nəsr"ə 3 şərt qoydu

Ronaldu "Əl-Nəsr"ə 3 şərt qoydu
13:57

Kriştiano Ronaldonun gələcəyi qeyri-müəyyən olaraq qalır.

News365.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu "Əl-Nəsr"in Asiya Çempionlar Liqasında növbəti mövsüm üçün iştirakının sual altında olmasına görə müqavilə uzatmaq üçün danışıqları dayandırıb. 

Onun "Əl-İtthad"la matçdan sonra stadionu tək başına tərk etməyi klub rəhbərliyinin xoşuna gəlməyib.

Ronaldu komandada qalmaq üçün 3 şərt qoyub: baş məşqçi və idman direktorunun dəyişdirilməyi, komandadakı bəzi oyunçuların daha yaxşıları ilə əvəz edilməsi. O, istəyir ki, "Əl-Nəsr" yayda güclənsin və kuboklar üçün mübarizə aparsın.

Portuqaliyanın Avropaya qayıdışı da istisna edilmir. O, doğma klubu "Sportinq"ə transfer ola bilər.

Qeyd edək ki, 40 yaşlı futbolçunun klubu ilə müqaviləsi bu yay başa çatır. Onun komandası hazırda 64 xalla Səudiyyə Ərəbistan çempionatında 4-cü yeri tutur. Əgər bir pillə yuxarı yüksəlməsələr, növbəti mövsüm Çempionlar Liqasında iştirak edə bilməyəcəklər.


Sizin reklam burada
Sizin reklam burada