Bərdə–Ağdam dəmir yolunda işlər nə yerdədir?

Bərdə–Ağdam dəmir yolunda işlər nə yerdədir?
24 Yan 2025 18:44

Bərdə–Ağdam dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 95, tikintinin isə 94 faizi tamamlanıb.


Bu barədə news365.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.


Bildirilib ki, 2021-ci ildə həm də Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb.


Məlumata görə, birinci mərhələ üzrə Bərdə stansiyası, Köçərli stansiyası, Təzəkənd stansiyası və xidməti binaların tikintisi başa çatdırılıb. İkinci mərhələ üzrə Ağdam dəmiryol və avtovağzal kompleksində isə tikinti işləri davam edir.


"Həmçinin Ağdam–Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə başlanılıb", - məlumatda vurğulanıb.