Belarusun yeni səfiri azərbaycanlı həmkarı ilə görüşdü

Belarusun yeni səfiri azərbaycanlı həmkarı ilə görüşdü
28 Yan 2025 13:20

Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Dmitri Pineviç azərbaycanlı həmkarı Məhərrəm Əliyevlə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.

News365.az xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Dmitri Pineviç azərbaycanlı həmkarı Məhərrəm Əliyevlə görüşüb. Tərəflər iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.