Belarusun XİN rəhbəri: "Kiyev sülhə hazır deyil"

Belarusun XİN rəhbəri: "Kiyev sülhə hazır deyil"
10 İyn 2025 12:30

Ukrayna hazırda sülhə hazır deyil. Bu fikri Belarusun xarici işlər naziri Maksim Rıjenkov “Rossiya 24” telekanalının efirində deyib.


“Hələlik mənə elə gəlir ki, onlar sülhə hazır deillər", - o qeyd edib.


Rıjenkov münaqişə tərəfləri arasında hərbçilərin cəsədlərinin təhvil verilmə tarixi ilə bağlı razılaşmaların olmamasını da tənqid edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada