Belarusda qadınların sayı kişilərdən 600 min çoxdur – kişilər hara gedib? - VİDEO

Belarusda qadınların sayı kişilərdən 600 min çoxdur – kişilər hara gedib? - VİDEO
20:00

Belarusda qadınların sayı kişilərdən təxminən 600 min nəfər çoxdur. Bunun əsas səbəblərindən biri kişilərin daha yüksək gəlir əldə etmək üçün Rusiya və digər Avropa ölkələrinə işləməyə getməsidir.


Belarus həm də Avropada ölüm hökmünün qanuni olaraq saxlanıldığı yeganə ölkədir. Ölkədə bəzi parklarda it gəzdirmək və velosiped sürmək məhdudlaşdırılır, ictimai yerlərdə isə müəyyən qaydalara ciddi əməl olunur.


Bununla yanaşı, Belarus şəhərlərində təmizlik və səliqəyə xüsusi diqqət yetirilir. Ölkənin sərt qaydaları ilə yanaşı, belarusluların istiqanlı və qonaqpərvər xalq kimi tanınması da diqqət çəkən xüsusiyyətlərdəndir.


Belarusun qadınları isə ölkənin ən çox müzakirə olunan xüsusiyyətlərindən biridir. Ölkəyə xaricdən gələn kişilərin bir qisminin belaruslu qadınların gözəlliyinə xüsusi maraq göstərdiyi bildirilir.




Sizin reklam burada
Sizin reklam burada