"Barmaq və əmzik əmmək uşaqlarda bu problemlərə yol açır"- Loqopeddən xəbərdarlıq

"Barmaq və əmzik əmmək uşaqlarda bu problemlərə yol açır"- Loqopeddən xəbərdarlıq
15:32

Körpələr ana bətnindən başlayaraq barmaq əmmə davranışı göstərirlər. Yeni doğulmuş körpələr adətən bir yaşına qədər baş barmağını əmirlər və bundan böyük həzz alırlar. Çünki bu dövr oral dövr, yəni şifahi həzz dövrüdür. Körpələrdə zaman keçdikcə barmaq əmməni inkişaf etdirərək ayaq barmaqlarını, oyuncaqları, tez-tez yorğanlarını və əşyalarını ağızlarına qoymağa başlayırlar. Bu davranışın səbəbi Ətraf mühiti bilmək və araşdırmaq ehtiyacı kimi qəbul edilir. Yaşla birlikdə barmaq əmmə vərdişi tədricən azalır. Bəzi uşaqlar 3-4 yaşında, bəzilərində ibtidai məktəbə başlayana qədər davam edir.

Defektoloq-loqoped Esmira Qafarova News365.az-a açıqlamasında bildirib ki, barmaq əmmək və əmzikdən uzun müddət istifadə etmək uşaqlar üçün düşündüyünüzdən daha təhlükəlidir.


Onun sözlərinə görə, bu vərdişlər nəticəsində uşaqlarda ön açıq dişləm formalaşır və dişlər düzgün yerləşmir:


“Dişlər elə həmin deformasiyalı vəziyyətdə formalaşır və bu, gələcəkdə həm estetik, həm də funksional problemlərə səbəb olur”.

Esmira Qafarova əlavə edib ki, diş və damaqdakı dəyişikliklər nitqin inkişafını da ləngidir:

“Belə uşaqlarda səslər fısıldayaraq, yanlış tələffüzlə səsləndirilir. Əmzikdən istifadə edən uşaqlarda da damaq və diş quruluşunda deformasiya yarandığı üçün nitqin gecikməsi müşahidə olunur”.

Loqoped valideynləri xəbərdar edərək vurğulayıb ki, vaxtında müdaxilə edilməzsə, bu problemlər gələcəkdə daha ciddi nitq və ortodontik çətinliklər yarada bilər.


Sizin reklam burada
Sizin reklam burada