Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya
18:45

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.


News365.az xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib.


"Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq", - paylaşımda qeyd olunub


Sizin reklam burada
Sizin reklam burada