Qəbələyə səfər planlaşdıranlara ŞAD XƏBƏR

Qəbələyə səfər planlaşdıranlara ŞAD XƏBƏR
12 May 2025 19:45

Azərbaycan Dəmir Yolları (ADY) QSC yay aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.

ADY-dən  bildirilib ki, həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.


Sizin reklam burada
Sizin reklam burada