Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi

Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
15:40

Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə (Cavidan İbrahimli küçəsi) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə " Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Dəyişikliyə əsasən, marşrutun hərəkəti Badamdar qəsəbəsi – metronun "Elmlər Akademiyası" stansiyası – "Azneft dairəsi" – 20-ci sahə istiqamətində təşkil olunub.


Sizin reklam burada
Sizin reklam burada