Qarpız alarkən bir çoxumuz onun qabığına vurub çıxan səsə əsaslansaq da, mütəxəssislər dadlı və yetişmiş qarpızı anlamaq üçün aşağıdakı təbii işarələrə baxmağı tövsiyə edir:
Qarpızın qabığında tor şəkilli, qəhvəyi rəngli cızıqlar və ya çatlaqlar varsa, bu, qarpızın yetişmə prosesində arılarla çox təmasda olduğunu göstərir. Mütəxəssislərə görə, bu izlər qarpızın tam yetişdiyinin və dadının daha şirin olduğunun ən yaxşı göstəricisidir.
Qarpızın torpağa toxunan alt hissəsinə baxın. Oradakı ləkə nə qədər tünd sarı rəngdədirsə, qarpız tarlada bir o qədər çox qalıb və yetişmə prosesini tam tamamlayıb deməkdir. Əgər ləkə ağ və ya açıq sarıdırsa, bu, qarpızın vaxtından əvvəl yığıldığına işarə edir.
Qarpızın sapına diqqət edin. Əgər sapı qurumuş və qəhvəyi rəngə çalıbsa, bu, qarpızın tam yetişdiyini göstərir. Yaşıl və canlı görünən saplar isə meyvənin hələ tam yetişmədiyini bildirə bilər.
Eyni ölçüdə iki qarpız arasında seçim edirsinizsə, daha ağır olanı seçin. Ağırlıq qarpızın suyunun bol olduğunu və içərisinin daha dolğun yetişdiyini göstərir.
Çoxlarının düşündüyünün əksinə, qarpızın üzəri parıldamamalıdır. Mat görünüşlü qarpızlar yetişmiş, parlaq üzərlilər isə hələ tam olğunlaşmamış ola bilər.