Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanılıb

Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanılıb
22 Okt 2025 22:20

Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov News365.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb.

Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada