Ermənistanın sabiq prezidenti Robert Koçaryanın keçmiş prezident Serj Sarkisyanla bağlı məhkəmə işində şahid statusu var.
News365.az xəbər verir ki, bunu prokuror Qorik Ovakimyan məhkəmə iclasında bildirib.
Prokurorun sözlərinə görə, bu, hərbi panteon “Yerablur” yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı cinayət işi ilə əlaqədardır.
O, 2005-ci ildə Koçaryanın prezident, Sarkisyanın isə müdafiə naziri olduğunu və həmin torpaqların Müdafiə Nazirliyinin balansında olduğunu xatırladıb.
Prokuror həmçinin hazırda Rusiyadakı səfir Qurqen Arsenyanın şahid kimi məhkəməyə çağırmalı olduğunu bildirib.
“Onun da bu işdə əli var, eləcə də Sarkisyanın keçmiş mühafizə rəisi Vaçaqan Kazaryanın da”, - prokuror vurğulayıb.