Ermənistan Respublikası və ABŞ Vaşinqtonda əldə olunmuş razılaşmaların, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi üzərində çalışır.
News365.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V “İpək Yolu” forumunda çıxışı zamanı bildirib.
“Ermənistan Respublikası ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə birlikdə “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin Ermənistan ərazisində həyata keçirilməsi çərçivəsinin müəyyən edilməsi istiqamətində çalışacaq. Biz bu məqsədə mümkün qədər tez çatmaq üçün səmimi şəkildə bütün zəruri addımları atmaq əzmimizi bir daha təsdiqləyirik”, – Baş nazir bəyan edib.