6 ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama

6 ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama
17:45

Azərbaycan Mərkəzi Bankı maliyyə bazarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində bank sektorunun üzləşdiyi rəqəmsal fırıldaqçılıq statistikasını ictimaiyyətə açıqlayıb.

News365.az Mərkəzi Banka istinadən xəbər verir ki, təhlillər bütün fırıldaqçılıq hallarının ödəniş kartları istifadəçiləri tərəfindən şəxsi məlumatların kiberdələduzlara təqdim olunması nəticəsində baş verdiyini göstərir.

Ölkədaxili əməliyyatlar

1-ci rüb: 992 əməliyyat, zərər məbləği 430.944 AZN. Ən yüksək fırıldaqçılıq kateqoriyası hesab/kart məlumatlarının ələ keçirilməsi (68.8%). Ən çox istifadə olunan alət və avadanlıq: elektron ticarət və mobil tətbiq (96.9%).

2-ci rüb: 570 əməliyyat (27% azalma), zərər məbləği 344.083 AZN (11% azalma). Əsas kateqoriya hesab/kart məlumatlarının ələ keçirilməsi (44.47%), avadanlıq: elektron ticarət və mobil tətbiq (99.7%).

Ölkəxarici əməliyyatlar

1-ci rüb: 3628 əməliyyat, zərər məbləği 185.910 AZN. Ən yüksək fırıldaqçılıq kateqoriyası kartın fiziki iştirakı olmadan (80.3%), avadanlıq: elektron ticarət və mobil tətbiq (89.7%).

2-ci rüb: 4798 əməliyyat (13.8% artım), zərər məbləği 430.104 AZN (36.9% artım). Əsas kateqoriya kartın fiziki iştirakı olmadan (81.2%), avadanlıq: elektron ticarət və mobil tətbiq (87.3%).

Ölkədaxili əməliyyatlarda 1-ci rüblə müqayisədə 2-ci rübdə rəqəmsal fırıldaqçılıq hallarının məbləği 11 faiz, əməliyyat sayı 27% azalıb, təsirə məruz qalmış kart sayı isə 19% azalıb.

Ölkəxarici əməliyyatlarda əməliyyat sayı 13.8% artıb, zərər məbləği 36.9% yüksəlib, məruz qalmış kart sayı isə 16.8% çoxalıb.


Sizin reklam burada
Sizin reklam burada