Bakıda əxlaqsızlıq edən iranlı tələbələr qovuldu

Bakıda əxlaqsızlıq edən iranlı tələbələr qovuldu
15 Yan 2025 22:58

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib.


News365.az xəbər verir ki, “Mouze” Teleqram kanalı bununla bağlı faktlar əldə edib.


Bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların burada ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları məlum olub.


Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub. Daha 5 nəfər ölkədən deportasiya edilib.