Bakıda bu xəstəxana təmirə BAĞLANIR

Bakıda bu xəstəxana təmirə BAĞLANIR
12:20

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.

News365.az xəbər verir ki, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.

Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.

Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüb. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.

Qeyd edək ki, Saray qəsəbəsində Modul tipli vərəm əleyhinə xəstəxana fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir.


Sizin reklam burada
Sizin reklam burada