Təslim olun! - İranın generalı

Təslim olun! - İranın generalı
12:10

Möhsün Rezayi ABŞ-ni İranın irəli sürdüyü yeddi şərti qəbul etməyə çağırıb.

News365.az xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib.

Rezayi İranla müharibənin ABŞ hökumətinə ağır zərbə vurduğunu iddia edərək Vaşinqtona “Təslim olun!” çağırışını ünvanlayıb.

“Uydurma danışıqlar barədə saxta xəbərlər yaymağa son qoyun. Qərbi Asiyada yeni düzəni inkar etməyi dayandırın. İranın dəfələrlə irəli sürdüyü yeddi şərti qəbul etməyin vaxtıdır”, – o yazıb.

Paylaşımda həmin şərtlərin təfərrüatları açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada