Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü

Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü
11:20

Kambocanın Kandal əyalətində yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində BELTEI məktəbinin beş şagirdi ölüb, daha ikisi isə yaralanıb.

İlkin məlumatlara görə, valideynlər tərəfindən icarəyə götürülmüş və 26 şagirdi daşıyan avtomobil gölə düşüb.

İlkin məlumata görə, sürücü motosikletlə toqquşmaqdan yayınmağa çalışarkən sükanı qəfil döndərib, bundan sonra avtomobil nohura düşüb.

Beş məktəbli avtomobilin içində qapalı qalaraq həlak olub. Daha iki nəfər xəstəxanaya çatdırılıb, digər şagirdlər isə xəsarət almayıblar.

Qəzadan sonra sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada