Bağırsaq problemi olanların nəzərinə: Bu 6 qida...

Bağırsaq problemi olanların nəzərinə: Bu 6 qida...
11:30

Bədəndə kifayət qədər su olmaması, liflə zəngin qidaların daha az qəbulu, gün ərzində daha az fiziki aktivlik bağırsaq hərəkətlərini yavaşladır və qəbizliyə səbəb olur. 

News365.az xəbər verir ki, hər kəsin rastlaşdığı qəbizlik problemini bəzi sağlam qidalarla tez bir zamanda aradan qaldıra bilərsiniz. 

Mütəxəssislər qəbizliyi aradan qaldıran qidaları sadalayır: 

1. Zeytun yağında saxlanan quru gavalı -

3 quru gavalını dilimləyin və üzərinə bir qaşıq zeytun yağı əlavə edin, bir saat gözləyin və yeyin. Qısa müddətdə bağırsaqlarınız işləyəcək və həzm sisteminiz rahatlaşacaq.

2. Quru əncir – yatmazdan əvvəl yeyilən quru əncir səhərə qədər bağırsaqların təmizlənməsində aktiv rol oynayır.

3. Quru ərik - lif, vitamin və antioksidant baxımından zəngin olan ərik qurusu həzm sisteminin rahat işləməsi üçün əvəzolunmaz elementlər sırasındadır. Quru ərik lif ehtiyaclarınızı qarşılayır və həmçinin bol miqdarda A, C və K vitaminləri ehtiva edir. Tərkibindəki təbii şəkər sayəsində enerji verir.

4. Nanəli yaşıl çay - xərçəngdən qoruyan və yüksək miqdarda antioksidant olduğu üçün bədən müqavimətini artıran nanəli yaşıl çay həzm sistemini də rahatlaşdırır. Gündə bir stəkan içdiyiniz zaman həm infeksiyadan qoruyur, həm də qaz şikayətlərinə son verir.

5. Zəncəfilli limonlu su - Həm xəstəliklərdən qoruyur, həm də bağırsaqların nizamlı işləməsini təmin edir.

6. Kefir - probiyotik ehtiyacını qarşılayan kefir qəbizlik problemini də aradan qaldırır. Yatmazdan əvvəl bir stəkan kefir içmək həm yuxunun keyfiyyətini artırır, həm də qəbizlik şikayətlərinə son verir.


Sizin reklam burada
Sizin reklam burada