Bu ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 4,3% artaraq 154,1 min nəfər olub.
Bu barədə News365.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,5 faiz, Gürcüstana gedənlərin sayı 15,1 faiz, Türkiyəyə gedənlərin sayı 2,9 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,3 faiz azalıb.
Azərbaycan Respublikası vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 15,4 faizi Rusiya Federasiyasına, 11,7 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.