ABŞ qoşunları Avropadan çıxarılarsa, Fransanın nüvə silahına malik qırıcıları Almaniyada yerləşdirilə bilər. Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Nəşr Fransa rəsmilərindən birinə istinad edib. Məmur qəzetə deyib ki, nüvə silahı daşıyan bir neçə fransız qırıcısını Almaniya ərazisində yerləşdirmək çətin proses olmayacaq.
Onun sözlərinə görə, bu, həm də Rusiya üçün “ciddi siqnal” sayıla bilər. Bundan əlavə, nəşrin mənbəsi belə hesab edir ki, blə addım Böyük Britaniya rəhbərliyini Fransadan nümunə götürməyə sövq edə bilər.
"Telegraph" xatırladıb ki, Avropanın ABŞ-dən asılılığını azaltmağı müdafiə edən Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merz Böyük Britaniya və Fransanı regionun müdafiəsi üçün nüvə arsenalından istifadəni genişləndirməyə çağırıb.
Tural