Kanadada maraqlı hadisə baş verib. Bir kişi 1960-cı ildə qəza törətdiyinə görə külli miqdarda pul cəzası alıb. Bu barədə carscoops.com məlumat yayıb.
"Həmin şəxs cəzasının olmasını 2024-cü ilin dekabrında baş verən kiçik qəzadan sonra öyrənib. Hadisədən sonra o, sürücülük imtahanını yenidən verməli olub. Lakin yerli hakimiyyət orqanları onun keçmişdən qalma 4,6 min Kanada dolları cəriməsini ödəməyənə qədər vəsiqəsini aktiv etməyəcəklərin açıqlayıblar", - nəşr yazıb.
Qeyd olunub ki, həmin şəxs dəfələrlə vəsiqəsinin vaxtını uzadıb, lakin 65 il əvvəl baş vermiş qəza və ya cərimə barədə heç vaxt eşitməyib. İndi o, cəriməyə etiraz etmək üçün vəkil axtarır.
Tural