Qarabağ erməniləri Ermənistanda iş tapa bilmirlər

Qarabağ erməniləri Ermənistanda iş tapa bilmirlər
12:53

Artsax köçkünlərinin problemlərinin həllinə sistemli yanaşmanın olmaması, xüsusən də məşğulluq sahəsində onları Ermənistanı tərk etməyə məcbur edir. Bunu “Artsaxdan olan məcburi köçkünlər üçün davamlı inkişaf: qarşıda imkanlar” adlı müzakirədə Ermənistan Ümumi Xeyriyyə Birliyinin icraçı direktoru Marina Mxitaryan deyib.

Onun sözlərinə görə, məlum ermənilərin problemləri çoxsaylı və mürəkkəbdir. Ona görə də təşkilat diqqətini onların maliyyə sabitliyinin təmin edilməsinə yönəldib. Lakin bu prosesdə dövlətlə ictimai sektor arasında ciddi uçurum var. Xüsusilə, dövlət proqramları məcburi köçkünlərin real ehtiyaclarını nəzərə almır və onların əhatə dairəsi son dərəcə məhdud olaraq qalır:

"Bu, ilk növbədə, insanların real ehtiyaclarının dərin təhlilinə aiddir. Bir çox dövlət proqramları çox vaxt mövcud problemləri həll etmir və ya az sayda insanı cəlb edir".

Tural


Sizin reklam burada
Sizin reklam burada