Ermənistanda demokratiya və qanunun aliliyinin gücləndirilməsi üçün dörd istiqamətdə addımlar atılır.
News365.az xəbər verir ki, bunu fevralın 25-də Ermənistan-Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsinin İrəvanda keçirilən 4-cü iclasında ədliyyə naziri Srbuhi Qalyan deyib.
Onun sözlərinə görə, belə addımlardan biri də konstitusiya islahatlarıdır.
“Müvafiq şura var, Konstitusiyanın konsepsiyası hazırlanıb və biz indi Konstitusiyanın yeni mətni üzərində işləyirik, götürülmüş öhdəliyə uyğun olaraq, sənəd 2026-cı il seçkilərinə hazır olmalıdır.
Konstitusiyada insan hüquqları, o cümlədən sosial-iqtisadi hüquqlar ön plana çəkiləcək, həmçinin hökumətin nizamı, müxtəlif dövlət orqanlarının yeri və rolu ilə bağlı bir sıra müddəalar olacaq və təbii ki, bir çox başqa müddəalar da var”.
Nazir bildirib ki, islahatların ən mühüm istiqamətlərindən Ermənistan qanunvericiliyinin Avropa İttifaqı (Aİ) qanunvericiliyinə uyğunlaşdırılmasıdır.