Rusiyanın Moskva vilayətində İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları kürünün qanunsuz dövriyyəsinin qarşısını alıblar. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.
Qeyd edilib ki, bir qrup cinayət ortağı Moskva vilayətinin Lyubertsı şəhərindəki sənaye zonasında yeraltı emalatxana təşkil edib. Onlar orada imitasiya olunmuş (süni-red.) kürüləri bankalarda qablaşdırıb, sonra əsl kürü adı altında Moskva vilayətində və qonşu rayonlarda satıblar.
"Polis əməkdaşları istehsalat obyektindən və anbardan avtomatlaşdırılmış aparatlart, etiket rulonları və boş qablar götürüblər. Rusiya qanunvericiliyinin tələblərinə uyğun olmayan qalay və şüşə qablarda qablaşdırılan qırmızı və qara kürü də aşkar edilib”, - deyə Volk bildirib.
Müsadirə edilən məhsulların ümumi çəkisi altı tondan çox olub.
Tural