Gülnaz Vəliyevanı öldürən məmur və deputat həbs edildi - FOTO

Gülnaz Vəliyevanı öldürən məmur və deputat həbs edildi - FOTO
13:40

Rusiyanın Çelyabinsk vilayətində qəsəbə rəhbəri və yerli deputat oğlu ilə həmkəndlisini xüsusi amansızlıqla qətlə yetirdiyinə görə saxlanılıb. Bu barədə “112” Telegram kanalı məlumat yayıb.


Jurnalistlərin sözlərinə görə, Rımnik yaşayış məntəqəsinin 47 yaşlı rəhbəri Dmitri Rudskinin məktəb illərindən sinif yoldaşı olan Gülnaz Vəliyevaya qarşı güclü antipatiyası olub. Zaman keçdikcə aralarındakı münasibət getdikcə daha da gərginləşib. Rudskoy qadını dəfələrlə, o cümlədən fiziki zorakılıqla hədələyib və o, öz növbəsində polisə ifadə verib.

Fevralın 24-nə keçən gecə isə Rudskoy özü ilə yerli şuranın deputatı Aleksandr Bruxal və onun oğlu Andreyi də götürərək Gülnazla  "söhbət" aparmağa gedib. O, avtomobillə Vəliyevanın üstündən keçməyə cəhd edib. Bundan sonra kişilər onu baqaja qoyaraq rayon mərkəzindən 30 kilometr məsafədə olan Morozovka kəndinə aparıblar. Canilər orada qadını işgəncə ilə öldürüblər. Meyiti elə cinayət yerinə atıb gəliblər.

Hər üç kişi cinayət törədildikdən dərhal sonra saxlanılıb və artıq əməllərini də etiraf ediblər. Onlara qarşı “Adam oğurluğu” və “Bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla törədilmiş qətl” maddələri ilə cinayət işi açılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada