İraqın paytaxtı Bağdadın mərkəzində yaşayış binasına raket hücumu nəticəsində ən azı dörd nəfər ölüb, iki nəfər yaralanıb.
News365.az xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.
Məlumata görə, hücum zamanı binada naməlum silahlı qruplaşmanın üzvləri, bir neçə İran vətəndaşı olub.
Xatırladaq ki, bir müddət əvvəl "Al Hadath" televiziya kanalı Bağdadın mərkəzindəki məhəllədə vurulan binanın "Haşd əl-Şabi" üzvlərinə məxsus olduğunu bildirmişdi.